Rusiyada rus dilini bilməyən miqrantlar
İŞƏ GÖTÜRÜLMƏYƏCƏK

Rusiyanın Əmək və Sosial Müdafiə Nazirliyi rus dilini bilməyən miqrantların xidmət sektorunda işə götürülməsini qadağan edəcək.

 

TASS xəbər verir ki, yeni hazırlanmış əmrə əsasən, ruslarla ünsiyyət tələb edən vəzifələrə dili bilməyən miqrantların işə götürülməsinə icazə verilməyəcək. Nazirliyin  mətbuat xidmətindən bildirilib ki, bu peşələrə sürücülər, satıcılar və həkimlər daxildir.

 

Bu arada Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Nazirlər Kabinetini miqrant kvotaları məsələsini nizama salmağa çağırıb.

 

Əmək Nazirliyi isə bəyan edib ki, yalnız viza verilən ölkələrdən əcnəbi işçilərin cəlb edilməsi kvotaya tabedir. Bunlar əsasən Rusiya Federasiyasına vizası olan ölkələrdən, o cümlədən Çin, Hindistan, Türkiyə və digər ölkələrdən gəlmiş ixtisaslı işçilərdir. 

 

Qeyd olunur ki, əməkçi miqrantlarla bağlı yeni qərar Dövlət Duması tərəfindən qəbul edilmiş və Federasiya Şurası tərəfindən təsdiq edilmiş “Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında” Federal Qanunun 15-1 və 18-ci maddələrinə dəyişikliklər edilərək hazırlanıb. 

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.