“Air Arabia” Əbu-Dabidən Bakıya uçuşların sayını artırdı

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Air Arabia” şirkəti Əbu-Dabidən Azərbaycan və Gürcüstan paytaxtlarına - Bakı və Tbilisi şəhərlərinə uçuşların sayını artırıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə aviaşirkətin baş icraçı direktoru Adel Əl Ali məlumat verib.

 

Qeyd olunub ki, “Air Arabia” artıq Zayed Beynəlxalq Hava Limanı ilə Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanı arasında həftədə altı dəfə birbaşa uçuşlar həyata keçirir: “Yeni cədvələ artıq hər çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə, şənbə və bazar günləri uçuşlar daxildir”.

 

Onun sözlərinə görə, avqustun 7-dən isə Tbilisi Beynəlxalq Hava Limanına uçuşlar həftədə səkkiz dəfəyə qədər artırılacaq: “Cümə axşamları gündə iki dəfə xidmət göstəriləcək ki, bu da Əbu-Dabi ilə Gürcüstan paytaxtı arasında əlaqəni daha da gücləndirəcək”.

 

Baş icraçı direktor qeyd edib ki, həm Bakı, həm də Tbilisiyə uçuşların sayının artırılması aviaşirkətin müştərilərinə daha böyük rahatlıq, çeviklik və dəyər təqdim edərək “Air Arabia”nın regional şəbəkəni gücləndirmək istiqamətində davam etmək öhdəliyini əks etdirir: “Bu iki şəhər BƏƏ sakinləri və qonaqları arasında populyar olaraq qalır. Təkmilləşdirilmiş cədvəllər nəinki səyahət və turizm əlaqələrini gücləndirəcək, həm də daha rahat və əlçatan səyahət təcrübəsi təklif edəcək”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.