Qazaxıstan rəsmiləri yaxın aylarda Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı son hesabatı təqdim edəcəklər.
Senzor.az bildirir ki, bu barədə Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev mətbuat konfrasında məlumat verib.
O qeyd edib ki, hesabatın nə zaman açıqlanacağı dəqiq bilinmir.
"İstintaqın təhlil mərhələsi yekunlaşır, indi yekun hesabatın hazırlanması mərhələsinə keçirik. Hesab edirəm ki, bir qədər səbirli olmaq lazımdır, bir neçə aydan sonra son hesabat təqdim olunacaq", - ölkə rəsmisi vurğulayıb.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.