ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqin bütün ölkələrini "Avraam razılaşmaları"na (ərəb ölkələrinin İsraillə münasibətlərinin normallaşdırılması haqqında sazişlərə) qoşulmağa çağırıb.
Senzor.az bildirir ki, bu barədə o, “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
"İranın "yaratdığı" nüvə arsenalı tamamilə məhv edildikdən sonra mənim üçün Yaxın Şərqin bütün ölkələrinin "Avraam razılaşmaları"na qoşulması son dərəcə vacibdir. Bu, Yaxın Şərqdə sülhü təmin edəcək", - D.Tramp yazıb.