AMİP Vaşinqton razılaşması ilə bağlı
BƏYANAT YAYDI

“8 avqust 2025-ci il Azərbaycanın diplomatiya tarixində ən önəmli günlərdən biri olaraq tarixə düşdü. AMİP hesab edir ki, həm Azərbaycan-ABŞ münasibətləri və həm də Azərbaycanla Ermənistan arasında normallaşma prossesi ilə bağlı əldə edilən razılaşmalar tarixi əhəmiyyətə malikdir”.

 

Senzor.az bildirir ki, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) bu gün yaydığı bəyanatda belə deyilir.

 

Bəyanatda vurğulanır ki, “Azərbaycan və ABŞ arasında strateji tərəfdaşçlıq münasibətlərinin qurulması üçün atılan addımlar, ABŞ Prezidenti tərəfindən "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncamın imzalanması, Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş layihəsinin paraflanması, ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı birgə müraciətin imzalanması, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın haqlı tələblərinin öz həllini tapması və ən nəhayət imzalanan üçtərəfli Birgə Bəyannamədə Sülh Sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavə tədbirlərin görülməsinə ehtiyac olduğunun, yəni Ermənistan tərəfindən Konstitusiya dəyişikliyi edilməsinin zəruriliyinin təsbit edilməsi əslində Azərbaycanın regionda yaratdığı geosiyasi reallıqların beynəlxalq miqyasda etirafı kimi qəbul edilməlidir: “Bütün bu sadalananlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən savaşında əldə edilən qələbə və keçən dövr ərzində bu istiqamətdə aparılan uğurlu diplomatik fəaliyyətin nəticəsi olaraq mümkün oldu. Məhz Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli siyasəti hərbi qələbəni hüquqi və diplomatik müstəvidə də rəsmiləşdirməyə imkan verdi.

 

Azərbaycan Milli İstiqlal Partiyası əldə olunan razılaşmaları Cənubi Qafqazda uzunmüddətli, əbədi sülhə gedən yolda mühüm addım kimi qiymətləndirərək təqdir edir və hesab edir ki, xarici düşmənlə münasibətlərin normallaşması ölkə daxilinə daha çox diqqət ayırmağa və müxtəlif sahələrdə mövcud olan problemlərin aradan qaldırılmasına da real imkanlar açır”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.