Taliban hökuməti Kabildəki gözəllik salonlarını kütləvi şəkildə bağlamağa başlayıb.
Bu barədə “Tolo news” portalının "Telegram" kanalında məlumat yayılıb.
Bildirilir ki, Əfqanıstanın paytaxtında qadınlara qarşı sərt məhdudiyyətlər fonunda yüzlərlə belə salonun fəaliyyəti dayandırılıb.
Şahidlərin dediyinə görə, Taliban Kabildə binalara baxış keçirərkən gözəllik salonlarını müəyyən edir, onları dağıdır və ya avadanlıqları müsadirə edir. Bütün bunlar bu sektorda çalışan qadınların iqtisadi vəziyyətinə də ciddi təsir edib.
Qadağadan əvvəl sözügedən sahədə 60 minə yaxın qadının işlədiyi və onların bir çoxunun ailələrinin əsas təminatçısı olduğu bildirilir.