Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl barəsində istintaq başlanılıb.
Senzor.az bildirir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, Ankara Baş Prokurorluğu Özgür Özəlin Bəyoğlu rayonunda keçirdiyi mitinq zamanı İstanbulun baş prokuroru Akın Gürleklə bağlı dediyi fikirlərə görə istintaq başlanılıb.
Partiya sədri "dövlət qulluqçusuna təhqir" və "hədə" maddələri ilə ittiham olunur.