Ankara bələdiyyəsində əməliyyat: 13 NƏFƏR TUTULDU
VİDEO

Ankara Prokurorluğu paytaxt bələdiyyəsi ilə bağlı genişmiqyaslı araşdırmaya başlayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, iddialara görə, 2021–2024-cü illərdə təşkil edilən konsertlərin keçirilməsində maliyyə pozuntuları olub.

 

Prokurorluğun qərarı ilə 13 nəfər saxlanılıb.

 

Onların arasında Ankara Böyük şəhər Bələdiyyəsinin Mədəniyyət Departamentinin keçmiş rəhbərləri və podratçı şirkətlərin nümayəndələri var. Şəxslərə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə və tender saxtakarlıqları ittihamları irəli sürülüb.

 

İstintaq Türkiyə Daxili İşlər Nazirliyi, Hesablama Palatası, Maliyyə Cinayətlərini Araşdırma Şurası (MASAK) və ekspert rəylərinin təqdim etdiyi sənədlər əsasında başlayıb.

 

Məlumata görə, bələdiyyəyə dəymiş ümumi zərərin məbləği 154 milyon lirədən (təxminən 3,7 milyon dollar) çoxdur.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.