İran neftinin Çinə ixracı qanunidir
PEKİN ABŞ və İSRAİLİN HƏDƏLƏRİNƏ CAVAB VERDİ

Pekin ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahünun ABŞ-ın İran neftinin Çinə ixracına qarşı tədbirləri sərtləşdirməsi barədə razılığa gəldikləri haqda yayılan məlumatlara reaksiya verib.

 

Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, Çin Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, dövlətlər arasında beynəlxalq hüquq çərçivəsində həyata keçirilən “normal əməkdaşlıq” qanuni və əsaslıdır, buna hörmət edilməli və qorunmalıdır.

 

Qeyd edək ki, “Axios”un dünən yaydığı məlumata görə, İranın neft ixracının təxminən 80 faizi Çinə yönəlir və buna görə ABŞ və İsrail hesab edirlər ki, iki ölkə arasında ticarət məhdudiyyətlərinin sərtləşdirilməsi Tehrana iqtisadi təzyiqi “əhəmiyyətli dərəcədə” artıracaq.

 

Məlumata əsasən, ötən həftə imzaladığı sərəncama uyğun olaraq, Donald Tramp İranla ticarət razılaşmaları çərçivəsində həyata keçirilən Çin mallarına 25 faiz rüsum tətbiq edə bilər. Bildirilir ki, təzyiq kampaniyası Vaşinqtonla Tehran arasında davam edən danışıqlarla paralel şəkildə aparılacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.