Hakim partiyada səsvermə:
38 NƏFƏR PAŞİNYANA QARŞI ÇIXDI

Ermənistanın hakim “Vətəndaş müqaviləsi” Partiyası 2026-cı il parlament seçkiləri üçün namizədlər siyahısını müəyyənləşdirir. 

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, partiya daxilində namizədləri seçmək üçün səsvermənin birinci turu keçirilib.

 

Parlamentin “Vətəndaş müqaviləsi”ndən olan deputatı Arusyak Manavazyan bildirib ki, səsvermədə ümumilikdə 1028 nəfər iştirak edib və 932 etibarlı bülleten istifadə olunub.

 

Birinci turda 38 nəfərin Baş nazir Nikol Paşinyana səs vermədiyi barədə iddialara cavab verən parlamentin fraksiya katibi Artur Ovannisyan bildirib: "Bəli, belə insanlar var. Biz demokratik partiyayıq, bu, Ermənistanın siyasi tarixində şəffaflıq və demokratiya baxımından görünməmiş bir hadisədir. Ümid edirəm ki, digər siyasi qüvvələr də buna bənzər tədbirlər təşkil edəcəklər".

 

Qeyd edək ki, üç günlük səsvermənin nəticələrinə görə, Nikol Paşinyan 894, Suren Papikyan 780, Gevorq Papoyan 765 və Ararat Mirzoyan 743 səs toplayıb.

 

Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.