"Crocus" terrorunda təqsirli bilinən 4 nəfərə ömürlük həbs cəzası istənildi

Rusiya məhkəməsində dövlət ittihamçısı Moskvada "Crocus City Hall" konsert kompleskində törədilən terror aktına görə təqsirləndirilən 4 nəfərə ömürlük həbs cəzası istəyib.

 

Senzor.az bildirir ki, məhkəmə prosesi 2-ci Qərb Dairə Hərbi Məhkəməsində keçirilib.

 

Təqsirləndirilən şəxslər terror fəaliyyətinə hazırlıq, qanunsuz silah ticarəti, terror təşkilatında iştirak və terror aktı törətməkdə ittiham olunurlar.

 

Prokuror hərbi məhkəmədən Şəmsiddin Fariduni, Dalerjon Mirzoyev, Məhəmmədsobir Fayzov və Səidakram Murodali Raçabalizoda üçün xüsusi rejimli cəza koloniyasında ömürlük həbs cəzası təyin edilməsini xahiş edib.

 

Qeyd edək ki, konsert zalına hücum 2024-cü il martın 22-də axşam baş verib. “Piknik” qrupunun çıxışından əvvəl silahlı şəxslər zala daxil olaraq tamaşaçılara atəş açıblar. Hücum nəticəsində 149 nəfər ölüb, 1 nəfər itkin düşüb, 609 vətəndaş yaralanıb. Hücum nəticəsində dəyən ziyan təxminən 6 milyard rubl təşkil edib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.