
Məhkəmə bütün ermənilərin katolikosu II Qareginin qardaşı və qardaşı oğlunu - Gevork və Ambartsum Nersisyanları ev dustaqlığına buraxıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, məhkəmənin qərarı ilə onların barəsində seçilmiş həbs qətimkan tədbiri üç ay müddətinə ev dustaqlığı ilə əvəz olunub, həmçinin 1 milyon dram (təxminən 2,5 min dollar) məbləğində girov və başqa yerə getməmək haqda iltizam təyin edilib.
Qeyd edək ki, Gevork Nersisyan və oğlu Ambartsum 2025-ci il noyabrın 3-də həbs ediliblər. Onlara seçkilərdə "Respublika" partiyasının seçkiqabağı təşviqatına mane olmaq ittihamı irəli sürülüb.