
Yaponiyanın hakim Liberal Demokrat Partiyasının (LDP) lideri Sanae Takaiti yenidən Baş nazir vəzifəsinə seçilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, parlamentin əsas aşağı palatasında keçirilən səsvermə zamanı 354 deputat onun lehinə səs verib.
Takaiti bu gün axşam keçirəcəyi mətbuat konfransında fiskal siyasətə dair baxışını və LDP-nin seçkiqabağı kampaniya zamanı vəd etdiyi ərzaq məhsullarının istehlak vergisinin iki il müddətinə dayandırılması ilə bağlı planını açıqlayacaq.
KİV-in məlumatına görə, bütün nazirlər, o cümlədən xarici işlər naziri Tosimitsu Motegi, maliyyə naziri Satsuki Katayama və müdafiə naziri Şindziro Koidzumi tutduqları vəzifələrdə qalacaqlar.