
Avropa İttifaqı (Aİ) İranın İslam İnqilabı Keşikçilər Korpusunu (SEPAH) rəsmən terror təşkilatları siyahısına daxil edib.
Senzor.az bildirir ki, bu siyahıya daxil edildikdən sonra SEPAH-a Aİ-nin antiterror sanksiyaları çərçivəsində məhdudlaşdırıcı tədbirləri tətbiq olunacaq.
Bu tədbirlər Aİ-yə üzv ölkələrdə təşkilatın maliyyə və digər aktivlərinin, iqtisadi resurslarının dondurulmasını, eləcə də Aİ subyektlərinin həmin qrup üçün maliyyə və iqtisadi resurs təminatının qadağan olunmasını əhatə edir.
Bu qərardan sonra Aİ-nin terrorçu təşkilatlar siyahısında 13 şəxs, eləcə də 23 qrup və təşkilat məhdudlaşdırıcı tədbirlərə məruz qalır.
Xatırladaq ki, SEPAH-ın terror təşkilatı kimi tanınması barədə ilk qərar Aİ xarici işlər nazirlərinin yanvarın 29-da Brüsseldə keçirilən toplantısında qəbul edilmişdi.