Azərbaycanda 92 yaşlı məşhur şəxsi İŞƏ GÖTÜRDÜLƏR

Tanınmış loğman, yazıçı-jurnalist Ərşad Əzimzadə “İnci” şirkətində işə qəbul olunub.

 

Modern.az xəbər verir ki, hadisənin maraqlı tərəfi Ərşad Əzimzadənin 92 yaşında işə dəvət olunmasıdır.

 

Ə.Əzimzadə bununla bağlı deyib: “Bu gün, 19 fevral 2026-cı il tarixində, 92 yaşında olduğum bir vaxtda "İnci" şirkətinin prezidenti Mikayıl Yusifov məni rəsmi olaraq işə dəvət etdi və xalqımıza, dövlətimizə, vətənimizə birlikdə fayda verməyi təklif etdi. Mən bu təklifi böyük sevinclə qarşıladım və yenidən əmək fəaliyyətinə başladım. İşləyəcəyim "İzə" nəşriyyatının gənc kollektivi məni dərin hörmətlə qarşıladı. Çalışacağam ki, bu etimadı layiqincə doğruldum. Mən yeni bir həyata başlayıram. Yer üzündə elə bir şirkət yoxdur ki, 92 yaşlı "qocanı" işə dəvət etsin. Bunu yalnız "İnci" şirkəti bacardı”.

 

Qeyd edək ki, Ərşad Əzimzadə 1934-cü ildə Zəngilan rayonunun Seyidlər kəndində anadan olub. Əvvəllər jurnalist kimi fəaliyyət göstərib. O, “Azərbaycan gəncləri”, “Molodyoj Azerbaydjana”, “Bakinskiy raboçiy” və “Azərbaycan” kimi aparıcı qəzetlədə müxbir işləyib.

 

30 yaşından 60 yaşınacan 8 ağır xəstəlikdən əziyyət çəkib, 30 il dərman-terapiya müalicəsi alıb. 1995-ci ildə yapon alimi Katsudzo Nişinin Sağlamlıq Sistemini öz həyatına tətbiq edərək sağalıb.

 

Son 30 ildə 20-dən çox elmi-publisistik və bədii əsər yazıb. Onun sağlam həyat tərzinə aid “Möcüzəsiz möcüzə” kitabı müxtəlif dillərdə çap olunub və məşhurlaşıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.