Tramp bütün ölkələrdən idxala 10 % rüsum tətbiq etdi

ABŞ Prezidenti Donald Tramp bütün ölkələrdən gələn idxala 10 %-lik rüsumların tətbiqini nəzərdə tutan fərman imzaladığını bəyan edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Tramp bununla bağlı müvafiq paylaşımı fevralın 20-də "Truth Social" şəbəkəsində edib.

 

Ağ Ev rəhbərinin sözlərinə görə, o, Oval kabinetdə bütün ölkələrə qarşı tətbiq olunacaq və demək olar ki, dərhal qüvvəyə minəcək 10 %-lik qlobal rüsum haqqında fərman imzalayıb.

 

Bundan əvvəl Amerika lideri, ABŞ Ali Məhkəməsinin prezident administrasiyası tərəfindən idxal rüsumları mexanizminin tətbiqinə qarşı çıxardığı qərar fonunda ölkəyə gələn bütün idxala 10 % həcmində rüsum tətbiq edəcəyini bildirmişdi. Onun sözlərinə görə, bu rüsum üç gündən sonra qüvvəyə minməlidir. Ağ Ev rəhbəri izah edib ki, bu zaman "milli təhlükəsizlik"lə bağlı tarifləri qüvvədə saxlayacaq.

 

ABŞ Ali Məhkəməsi cümə günü Prezident administrasiyasının beynəlxalq fövqəladə hallar zamanı iqtisadi səlahiyyətlər haqqında qanunu bəhanə gətirərək digər ölkələrə qarşı idxal rüsumları tətbiq etməsini səlahiyyətlərin aşılması kimi tanıyıb. Eyni zamanda, Ali Məhkəmə instansiyası ABŞ-ın daha əvvəl rüsum şəklində ödənilmiş vəsaitləri geri qaytarıb-qaytarmamalı olduğuna aydınlıq gətirməyib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.