
Ermənistan iyunda keçiriləcək parlament seçkisi ərəfəsində Avropa İttifaqından (Aİ) ölkəyə "hibrid sürətli reaksiya qrupu" göndərilməsini xahiş edib.
"Azadlıq Radiosu" xəbər verir ki, xarici işlər naziri Ararat Mirzoyan Brüsselə ünvanladığı məktubda mümkün Rusiya müdaxiləsi və dezinformasiyanın qarşısının alınması üçün yardım istəyib.
Aİ-nin Ermənistanın "demokratik dayanıqlığını" gücləndirməyi planlaşdırdığı bildirilir. Yeni missiya təsdiqlənərsə, əsas diqqət seçki prosesinin və mümkün referendumun qorunmasına yönələcək. Qərarın mart ayında verilməsi gözlənilir.