Yaqub Mahmudov: "Türkdilli dövlətlər" ifadəsindən əl çəkmək lazımdır

Artıq "türkdilli dövlətlər" ifadəsindən əl çəkmək lazımdır.

 

"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müşaviri Yaqub Mahmudov qurumun 2025-ci il üzrə ümumi yığıncağında deyib.

 

O diqqətə çatdırıb ki, Azərbaycana qarşı ərazi iddialarının hələ ortadan qalxmadığı bir şəraitdə ölkənin tarixinin öyrənilməsi istiqamətində işlər daha da dərinləşdirilməlidir.

 

Y.Mahmudovun sözlərinə görə, hazırda türk dünyası tarixində həlledici dövr yaşanır və Azərbaycan bu prosesdə aparıcı rol oynayır: "Mən buradan müraciət etmək istəyirəm. "Türkdilli dövlətlər" ifadəsindən əl çəkmək lazımdır. Artıq Türk Dövlətləri Təşkilatı yaradılıb və bu, "türkdilli dövlətlər" demək deyil. Belə olduqda elə bil, biz türk deyilik, bizim ağzımıza dil keçiriblər".

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.