
Ermənistan ölkənin ərazisində fəaliyyət göstərən Rusiyanın hərbi bazasını bağlamağı planlaşdırmır.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Polşada bəyan edib.
"Rusiyanın hərbi bazasının (Gümrüdə - red.) mövcudluğu ilə bağlı heç bir planımız, proqramımız və ya narahatlığımız yoxdur. Biz Rusiyanın yaxın tərəfdaşlarıyıq, çox sıx iqtisadi və siyasi əlaqələrimiz var", - N.Paşinyan deyib.
Onun sözlərinə görə, bu gün İrəvan və Moskva arasındakı münasibətlər transformasiya mərhələsindən keçir: "Hazırda biz Rusiya ilə yeni münasibətlər formalaşdırırıq".