
Medianın İnkişafı Agentliyi (MEDİA) jurnalist Nicat Rüstəmovun vəfatı ilə bağlı başsağlığı verib.
Senzor.az bildirir ki, bu barədə MEDİA məlumat yayıb.
"Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi tanınmış jurnalist Nicat Rüstəmovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!", - məlumatda vurğulanıb.
Qeyd edək ki, N.Rüstəmov uzun sürən xəstəlikdən sonra vəfat edib. Mərhum jurnalist "Ədalət" qəzetinin əməkdaşı olub.