
ABŞ-da yerləşən Beynəlxalq Respublikaçılar İnstitutu (İRİ) tərəfindən aparılan sorğuya görə, Nikol Paşinyan Ermənistan siyasətçiləri arasında ən yüksək etimada malikdir.
Ermənistan KİV-i xəbər verir ki, "Hansı siyasətçiyə etibar edirsiniz" sualına cavablar aşağıdakı kimi olub:
18% - Nikol Paşinyan
6% - Samvel Karapetyan
3% - Robert Köçəryan
3% - Qaqik Tsarukyan
2% - Ararat Mirzoyan
Lakin respondentlərin 48%-i heç bir siyasətçiyə etibar etmədiyini bildirib.
İRİ sorğusu 3-13 fevral 2026-cı il tarixlərində Ermənistan Respublikasının 1506 vətəndaşı və Qarabağdan köçüb gələn şəxslər arasında kompüter dəstəkli telefon müsahibəsi metodundan istifadə etməklə aparılıb.