Tramp: Müttəfiqlərin İrana qarşı əməliyyatda iştirakı ABŞ-ı narahat etmir

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, onu müttəfiqlərin İrana qarşı əməliyyatda iştirakı narahat etmir.

 

Tramp bu barədə "CBS" telekanalına ABŞ müttəfiqlərinin daha fəal rolu barədə sualı cavablandırarkən danışıb.

 

Amerika lideri vurğulayıb ki, Vaşinqtona sadiq ölkələr onun rəhbərlik etdiyi hərbi əməliyyata artıq qatılıblar: "Mənim üçün fərqi yoxdur. Onlar istədiklərini edə bilərlər. Sadiq olanlar artıq iştirak edirlər".

 

Telekanalın məlumatına görə, Tramp həmçinin Böyük Britaniyanın Yaxın Şərqə aviadaşıyıcılar göndərmək niyyətini tənqid edərək bu addımın gec atıldığını bildirib.

 

"Gəmiləri göndərmək üçün bir az gecdir, elə deyilmi? Bir az gecdir", - o qeyd edib.

 

Cümə axşamı Tramp Britaniya Baş naziri Kir Starmeri növbəti dəfə sərt tənqid edərək Londonun İranla münaqişədə Amerika hərbçilərinə dəstək verməkdən ilkin imtinasına görə çox məyus olduğunu bildirib. Onun sözlərinə görə, Starmer hərbi bazaları sualsız və tərəddüdsüz ABŞ-a təqdim etməli idi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.