
Ölkələrdən birində Ermənistan vətəndaşlarına təzyiq halları və qarşıdakı seçki proseslərinə müdaxilə cəhdləri qeydə alınıb.
Senzor.az bildirir ki, Ermənistan Xarici Kəşfiyyat Xidmətinin bəyanatında belə deyilir.
"Xarici Kəşfiyyat Xidməti müəyyən bir ölkədə müxtəlif şəxslərin həmin dövlətin xüsusi xidmət orqanlarının adından çıxış edərək, bu ölkədə iqtisadi fəaliyyət göstərən erməni mənşəli şəxslərə və Ermənistan Respublikası vətəndaşlarına təzyiq göstərməyə çalışdıqları, onları Ermənistanda qarşıdakı parlament seçkilərində iştirak etmək niyyətini elan etmiş bəzi siyasi qüvvələrin dəstəklənməsi üçün addımlar atmağa sövq etdikləri barədə kəşfiyyat məlumatları alır", - bəyanatda bildirilir.
Qeyd olunur ki, görülən tədbirlər bu iş adamları tərəfindən adıçəkilən siyasi qüvvələrə maliyyə və təşkilati dəstəyin göstərilməsi ilə məhdudlaşmır.