Bakının daşınmaz əmlak bazarı: Qiymətlər artıb...
VİDEO

2026-cı ilin ilk aylarında Bakının daşınmaz əmlak bazarında qiymət artımı müşahidə olunur.

 

Bazarda ən yüksək aktivliyi şəhərin mərkəzi rayonları göstərir.

 

Baku TV bununla bağlı paytaxt sakinləri arasında sorğu keçirib.

 

"Mən tələbə olanda qiymətlər ucuz olduğu üçün rahatlıqla ev ala bilirdik. Amma indi balalarımıza kömək etməsək, necə ev alacaqlar?!", - vətəndaşlardan biri söyləyib.

 

Digər bir sakin isə qeyd edib: "Mərkəzdə 80-100 mindən aşağı ev tapmaq çətin məsələdir".

 

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Orucun sözlərinə görə, fevral ayında Səbail, Yasamal və Nəsimi rayonları bazarın ən aktiv zonaları olub. Bahalaşmanın növbəti aylarda da davam edəcəyi gözlənilir: "Köhnə mənzillərdə təqribən 2-2,5 %, yeni binalardakı mənzillərdə isə 3-3,5 % qiymət artımı baş verib. İl ərzində bu prosesin davamlı olacağını düşünürük. Köhnə tikililərdə təqribən 5-7 %, yeni tikililərdə isə 10-12 % arası qiymət artımı gözlənilir".

 

Qiymət artımının əsas səbəbi kimi bu rayonların mərkəzi ərazilərdə yerləşməsi, inkişaf etmiş biznes və xidmət infrastrukturu, həmçinin yeni tikinti layihələrinin investisiya baxımından cəlbedici olması göstərilir.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.