
İran hüquq-mühafizə orqanları Qərbi Azərbaycan əyalətinin inzibati mərkəzi olan Urmiya şəhərində casusluqda və İsrail xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən 20 nəfəri saxlayıb.
Bu barədə "Tasnim" agentliyi xəbər yayıb.
Əyalət prokurorunun bildirdiyinə görə, güc strukturlarının əməkdaşları İsraillə əlaqəli olan bir neçə muzdlu şəbəkəsi aşkar edərək zərərsizləşdiriblər.
"Bu şəxslər İsraillə əməkdaşlıq edib, o cümədən hərbi, polis və təhlükəsizliyi təmin edən digər obyektlərin yerləri barədə məlumatları İsrailə ötürüblər", - deyə məlumatda vurğulanıb.