İsraildə də etiraz aksiyaları keçirilir: “MÜHARİBƏNİ DAYANDIRIN!”
VİDEO

Təl-Əvivdə İranla müharibəyə qarşı kütləvi etiraz aksiyaları başlayıb.

 

Senzor.az xarici KİV-ə istinadən bildirir ki, şəhərin mərkəzində on minlərlə insan küçələrə çıxaraq davam edən hərbi əməliyyatlara etiraz edib.

 

Aksiya iştirakçıları “Bu müharibəni dayandırın!”, “Dərhal atəşkəs elan edilsin!” kimi şüarlar səsləndirərək hökumətdən İranla qarşıdurmaya son qoyulmasını tələb ediblər. Etirazlar qısa zamanda genişlənərək şəhərin müxtəlif ərazilərini əhatə edib.

 

Məlumata görə, vəziyyət daha da gərginləşib və polis qüvvələri aksiyanı dağıtmaq üçün müdaxilə edib. Nəticədə etirazçılarla hüquq-mühafizə orqanları arasında ciddi toqquşmalar baş verib. Bəzi küçələrdə qarşıdurmaların kəskin xarakter aldığı bildirilir.

 

Şahidlərin sözlərinə görə, minlərlə insan artıq müharibədən cana yığıldığını açıq şəkildə ifadə edir və dərhal sülhə çağırır. Polis müdaxiləsi isə aksiyaların daha da alovlanmasına səbəb olub.

 

Hazırda Təl-Əvivdə vəziyyət gərgin olaraq qalır və etirazlar davam edir.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.