
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, Livanın cənubunda İsrailin hərbi nəzarəti altında təhlükəsizlik zonasının genişləndirilməsini əmr edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin şimal sərhədinə səfəri zamanı videomüraciətində o özü danışıb.
Görüntülər Baş nazirin Dəftərxanası tərəfindən yayılıb.
"Sərhədimizə basqın və raket atəşi təhdidinin qarşısını qəti şəkildə almaq üçün mövcud təhlükəsizlik zonasının daha da genişləndirilməsini əmr etdim", - Netanyahu deyib.