
Ermənistanın "Vətəndaş müqaviləsi" partiyasında keçirilən daxili səsvermənin iki mərhələsinin yekunları açıqlanıb.
Senzor.az bildirir ki, bu barədə Baş nazir Nikol Paşinyan sosial şəbəkələrdə yazıb.
O bildirib ki, səsvermənin nəticələrinə görə, hökumət başçısı postuna onun namizədliyi irəli sürülüb.
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.
Onu da xatırladaq ki, ölkədə son parlament seçkiləri 2021-ci ildə keçirilib.