Putin Paşinyanın yerində görmək istədiyi şəxsin adını açıqladı

“Rusiya ilk dəfədir birinci şəxs (Prezident Vladimir Putin) səviyyəsində Ermənistanın daxili siyasi həyatına müdaxilə edir. Bu o deməkdir ki, Rusiya açıq hücuma keçib”.

 

“Teleqraf” xəbər verir ki, bunu erməni politoloq Robert Qevondyan deyib.

 

“Artıq Rusiyadan müxtəlif istiqamətlərdən zərbələrin endirilməyə başlandığını görürük. Hibrid hücumlar daha da intensivləşəcək. Ola bilsin, Rusiya Samvel Karapetyana kömək etmək üçün qrup da göndərsin”, - ekspert bildirib.

 

Qevondyan vurğulayıb ki, Rusiya müəyyən nəticə əldə etmək üçün Ermənistandakı peyklərinə lazım olsa, istədikləri qədər pul verir, çünki böyük riskə gedib: “Baş nazir Nikol Paşinyan Putinin Ermənistan Konstitusiyasını istədiyi kimi yenidən tərtib etmək iddiasını rədd edib. Putin həmişə Qarabağ mövzusundan istifadə edərək erməni xalqına psixoloji təsir göstərməyə çalışırdı. Nəhayət, iyunun 7-də Ermənistanın demokratik dövlət olaraq qalması və avtoritarizmə qayıtması arasında seçim edəcəyik”.

 

Aprelin 1-də Kremldə Vladimir Putin Nikol Paşinyanla görüşdə Samvel Karapetyanla bağlı məsələyə diqqət çəkib. Putin söyləyib ki, Ermənistanda qarşıdan gələn seçkilərdə iştirak etmək istəyini bildirən və Rusiya pasportları olan şəxslərin olduğunu və onlardan bəzilərinin həbsdə olduğunu bilir: “Bu, sizin qərarınızdır, amma biz istərdik ki, Rusiya pasportu olanlar daxili siyasi proseslərdə iştirak edə bilsinlər”.

 

Ermənistan Baş nazirinin Rusiya Prezidentinə cavabı belə olub: “Diqqətinizi ona çəkmək istəyirəm ki, bu seçkilərdə ancaq Ermənistan pasportuna malik vətəndaşlar iştirak edə bilərlər. Başqa sözlə desək, Ermənistan Konstitusiyasına görə, Rusiya pasportuna malik şəxslər nə deputatlığa, nə də baş nazirliyə namizəd ola bilərlər”.

 

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.