Əfqan Sadıqov Gürcüstanda saxlanıldı və... AZƏRBAYCANA DEPORTASİYA OLUNDU

Tbilisi polisi ötən gün gecə saatlarında Əfqan Sadıqovu saxlayıb.

 

APA xəbər verir ki, ona qarşı qarşı sosial mediada polis əməkdaşını təhqir etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi ilə iş qaldırılıb.

 

Əfqan Sadıqovun məhkəmə qarşısına çıxarılacağı və şifahi dinləmədə inzibati xətanın törədilməsi faktı təsdiqlənərsə, müvafiq cəzanın tətbiqinin müzakirə ediləcəyi bildirilib.

 

DİN xatırladıb ki, Əfqan Sadıqov aksiya və nümayişlərin keçirilmə qaydalarının pozulması da daxil olmaqla, müxtəlif növ qanun pozuntularına görə 62 dəfə iznibati məsuliyyətə cəlb edilib və artıq iki dəfə inzibati həbs cəzası alıb.

 

...Vəkil Tamta Mikeladzenin yaydığı məlumata əsasən, məhkəmə Əfqan Sadıqovun Azərbaycana deportasiyası haqqında qərar qəbul edib.

 

Xatırladaq ki, “Azel Tv”nin rəhbəri olmuş Ə.Sadıqov əvvəl də hədə-qorxu ilə tələb etməyə görə məhkum olunub.

 

**

 

Tbilisi Şəhər Məhkəməsi Əfqan Sadıqovu Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsində (sosial şəbəkədə polis əməkdaşını təhqir etmə) nəzərdə tutulmuş əməli törətdiyinə görə qanun pozucusu kimi tanıyıb.

 

Məhkəmənin qərarı ilə Əfqan Sadıqov 2 min lari məbləğində cərimə olunub, Gürcüstandan deportasiya edilib və onun 3 il müddətinə ölkəyə girişinə qadağa qoyulub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.