
ABŞ demək olar ki, radarlar tərəfindən çətin aşkarlanan bütün JASSM-ER tipli uzaqmənzilli raket ehtiyatını İrana qarşı yönləndirmək qərarına gəlib.
Məlumatı vəziyyətlə tanış olan mənbəyə istinadən "Bloomberg" agentliyi yayıb.
Agentliyin həmsöhbəti bildirib ki, martın sonunda ABŞ rəhbərliyi bu raketlərin Sakit okean regionundan ABŞ Mərkəzi Komandanlığının bazalarına və ya Böyük Britaniyanın Ferford bazasına köçürülməsi barədə əmr verib.
Mənbənin sözlərinə görə, hazırda ABŞ-ın sərəncamında 425 belə raket var. Halbuki İrana qarşı hərbi əməliyyatdan əvvəl onların sayı təxminən 2 300 idi. Bundan əlavə, 75 döyüş başlığının nasaz olduğu qeyd olunur.