
BMT-nin Baş katibi Antonio Quterreş İsrail və Livan arasında atəşkəsi alqışlayıb və hər iki tərəfi əldə olunmuş razılaşmaya əməl etməyə çağırıb.
Bu barədə "The Times of Israel" qəzeti yazıb.
Quterreş atəşkəsin İsrail və "Hizbullah" qruplaşması arasındakı münaqişənin uzunmüddətli həllinə yönəlmiş danışıqlara aparan yolun davamı olacağına ümidini ifadə edib.
Xatırladaq ki, aprelin 14-də Vaşinqtonda ABŞ-ın himayəsi altında Livan-İsrail təmaslarının ilkin raundu keçirilib. Bu raundda atəşkəs sazişinə nail olmaq məqsədilə sülh danışıqlarının başlanma tarixi müəyyən edilməli idi.
Aprelin 16-da ABŞ Prezidenti Donald Tramp İsrail və Livanın Şərq vaxtı ilə saat 17:00-dan etibarən 10 günlük atəşkəs elan etdiyini bildirib.