Səudiyyə Ərəbistanı ABŞ-ın “Azadlıq layihəsi” əməliyyatına DƏSTƏK VERMƏKDƏN İMTİNA ETDİ
VİDEO

Səudiyyə Ərəbistanı ABŞ-ın Hörmüz boğazında gəmilərin tranzitinin təşkili məqsədilə planlaşdırdığı “Project Freedom” ("Azadlıq layihəsi") əməliyyatına dəstək göstərməkdən imtina edib.

 

Bu barədə "NBC News" telekanalı ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

 

Məlumata görə, Vaşinqton əməliyyatla bağlı təşəbbüsü əvvəlcədən Ər-Riyada bildirmədiyi üçün Səudiyyə rəhbərliyi narazı qalıb.

 

Telekanalın iddiasına əsasən, ABŞ Prezidenti Donald Trampın “Truth Social” platformasında əməliyyatın başlanacağını elan etməsi Körfəz ölkələri üçün gözlənilməz olub və bu, Səudiyyə Ərəbistanının rəhbərliyini qəzəbləndirib.

 

Buna cavab olaraq Ər-Riyad Vaşinqtona ABŞ hərbi təyyarələrinin Şahzadə Sultan aviabazasından istifadə etməsinə icazə verməyəcəyini və ölkənin hava məkanının açılmayacağını bildirib.

 

NBC News qeyd edir ki, Donald Trampla vəliəhd şahzadə Məhəmməd bin Salman arasında keçirilən telefon danışığı da vəziyyəti dəyişməyib. Bundan sonra ABŞ Prezidenti əməliyyatı dayandırmaq məcburiyyətində qalıb.

 

Qeyd edək ki, Donald Tramp mayın 5-də ABŞ-ın Hörmüz boğazında tranzit əməliyyatını İranla mümkün razılaşma üzrə danışıqların nəticəsi məlum olana qədər dayandırdığını açıqlamışdı.


 







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.