CNN: Hörmüz boğazı yaxınlığında təxminən 1600 gəmi çıxılmaz vəziyyətdə qalıb

Hazırda təxminən 1600 tanker və digər gəmilər Hörmüz boğazının yaxınlığında qalıb və oradan keçə bilmir.

 

CNN telekanalı xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri indiyədək yalnız iki gəmini boğazdan keçirə bilib. Telekanalın məlumatına görə, ABŞ və İran arasında münaqişənin başlanmasından bəri Hörmüz boğazında 32 gəmi atəşə tutulub, nəticədə 10 nəfər ölüb, onlarla insan yaralanıb.

 

ABŞ Prezidenti Donald Tramp mayın 5-də bildirib ki, İranla danışıqların uğurla başa çatacağı və razılaşma imzalanacağı barədə məlumat alanadək Hörmüz boğazından gəmilərin keçidini təşkil edən "Azadlıq layihəsi" əməliyyatını dayandırmaq qərarına gəlib. Bununla bağlı Pakistan və digər ölkələrdən müvafiq sorğu alınıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.