Zahid Oruc: Sülhün əleyhinə olanlar ya Paşinyana, ya da Azərbaycana məğlub olacaqlar

“Sülhün əleyhinə olanlar ya Nikol Paşinyana, ya da Azərbaycana məğlub olacaqlar”.

 

Senzor.az bildirir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan qarşıdakı seçkilərdə uğur qazanmasa belə, onun alternativlərinin heç biri Azərbaycanın zəfərinə və sülh müqaviləsinə zərbə vura bilməz: "Əksinə, yaxın 20 ildə Ermənistanın Azərbaycana bərabər hərbi gücü yarana bilməyəcəyi üçün "müharibə partiyası"nın seçkilərdə qələbəsi erməni hakimiyyət təmsilçilərinin dediyi kimi, İrəvanın da itirilməsi ilə nəticələnər.

 

Qarabağ məsələsini gündəliyə qaytaranlar erməni xalqını köləlikdə saxlamaq istəyənlərdir. Soyqırımı dövlət siyasətindən çıxaran, "böyük" yox, "real Ermənistan"da yaşamaq istəyənlər ölkələrinin karta, geosiyasi alətə və silaha çevrilməsinin tarixi nəticələrini ağır şəkildə ödəyiblər.

 

Prezident İlham Əliyevin Qarabağ Zəfəri Ermənistanı imperiya maraqları üçün istismar edən dövlətlərin qurduqları çoxəsrlik əsarətə də son qoyub. Qarabağ Azərbaycanın milli azadlığının tam və bütövləşmiş simvoludur".

 

Komitə sədri vurğulayıb ki, indi Azərbaycan ərazisindən Ermənistana neft məhsulları daşınır, xarici yük daşımaların tranziti bərpa olunur: "İqtisadi əlaqələrin başlanması sülh tərəfdarlarının mövqeyini gücləndirir və Qarabağ üzərindən xarici təzyiqlərə son qoyur".

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.