
Latviya hökumətinin başçısı Evika Silinya istefa verdiyini elan edib.
Senzor.az bildirir ki, bu barədə Latviya KİV-i məlumat yayıb.
Onunla birlikdə hökumət də istefaya gedib.
Latviyada davam edən hökumət böhranı mayın 7-də bu ölkənin hava məkanına bir neçə dronun daxil olmasından sonra müdafiə naziri Andris Sprudsun istefa verməsi ilə başlayıb. Həmin dronlardan biri ölkənin ərazisindəki neft anbarlarından birinə düşmüşdü.
Müdafiə nazirinin istefası Evika Silinyanı dəstəkləyən siyasi partiyaların hərəkətə keçməsinə səbəb olub. Onlar bəyan ediblər ki, daha Baş nazirə etimad göstərmirlər.