Qazaxıstanda Ərdoğana dövlət ordeni verildi
VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türküstanın mənəvi müəllimi Xoca Əhməd Yəsəvinin adını daşıyan xüsusi ordenin ilk laureatı olub.

 

Senzor.az bildirir ki, bu ordeni Türkiyə liderinə Astanada keçirilən iki ölkə arasında yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası çərçivəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev təqdim edib.

 

Prezident Ərdoğan mərasimdə etdiyi çıxışda Xoca Əhməd Yəsəvi adına təsis edilən sözügedən nüfuzlu ordenin ilk dəfə ona təqdim edilməsindən böyük məmnunluq duyduğunu bildirib: "Bu ordeni Türkiyə Cümhuriyyətinə və millətimizə yüksək bir iltifat olaraq görür və qəbul edirəm. Bu münasibətlə ölkələrimiz arasındakı qardaşlığın bugünkü səviyyəsinə çatmasında göstərdiyiniz liderlik üçün sizə, dəyərli qardaşıma təşəkkür edirəm. Rəbbim qardaşlığımızı və məhəbbətimizi daim etsin".

 

"Xoca Əhməd Yəsəvi" ordeni Qazaxıstan Prezidenti Tokayev tərəfindən 10 aprel 2026-cı ildə elan edilib. 







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.