
Türkiyənin "Haber Global" kanalı Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) ilk günü haqqında süjet hazırlayıb.
Reportajda bu gün Azərbaycan paytaxtında şəhərlərin inkişafı və urbanistikanın gələcəyinə həsr olunmuş ən böyük beynəlxalq platformalardan biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) işə başladığı bildirilib.
Qeyd olunub ki, forum BMT-nin Məskunlaşma Proqramı ("UN-Habitat") və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilir və mayın 22-dək davam edəcək.
Videomaterialda "WUF13" və forumun ilk günündə aparılan müzakirələr barədə məlumat verilib.
"Azərbaycan üçün forum sadəcə bir şəhərsalma zirvəsi deyil, burada işğaldan azad edilən ərazilərdəki yenidənqurma layihələri, "Ağıllı kənd" və "Yaşıl enerji" üzərində qurulan yaşayış məntəqələri sahəsində toplanan təcrübə dünya ilə paylaşılacaq", - reportajda bildirilib və əlavə edilib ki, forumda əldə olunmuş nəticələr nəzərdən keçirilib, mövcud çətinliklər dilə gətirilib, həmçinin yeni istiqamətlər üzrə təkliflər səsləndirilib.
Daha ətraflı videoda: