
“Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın Belarus üzərindən Ukraynaya, yaxud hansısa NATO ölkəsinə hücum planlaşdırdığı ilə bağlı açıqlamaları təxribatdır”.
TASS xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Kiyev bu cür bəyanatlarla bölgədə gərginliyi artırmağa çalışır.
Peskov qeyd edib ki, hazırda Ukrayna ilə bağlı sülh prosesi dayanıb, amma Moskva gələcəkdə danışıqların yenidən bərpa olunacağına ümid edir.
Kremlin sözçüsü Belarusun Rusiyanın müttəfiqi olmasına baxmayaraq, müstəqil və suveren dövlət olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, daha əvvəl Zelenski Belarus-Ukrayna sərhədi yaxınlığında aktivliyin müşahidə edildiyini bildirib.