
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “EFES - 2026” çoxmillətli birgə müştərək təliminin Yüksək Səviyyəli Müşahidəçi Gününə qatılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə Prezidentinin Ofisi məlumat yayıb.
Türkiyənin İzmir vilayəti ərazisində keçirilən təlimin Yüksək Səviyyəli Müşahidəçi Gününə qatılanlar sırasında bir çox ölkələrin yüksəkrütbəli hərbçiləri, o cümlədən Azərbaycanın müdafiə naziri Zakir Həsənov da olub.
Qeyd edək ki, “EFES - 2026” çoxmillətli birgə müştərək təlimi Azərbaycan Ordusunun və ümumillikdə 50 ölkədən 10 min 300 hərbi qulluqçunun iştirakı ilə keçirilir.




