
İtaliyada dünəndən (28-29 may) ümummilli tətil keçirilir. Bir neçə həmkarlar ittifaqının müharibə iqtisadiyyatına, artan müdafiə xərclərinə, anti-sosial və repressiv hökumət siyasətinə qarşı elan etdiyi etiraz aksiyası əsasən dəmir yolu və ictimai nəqliyyat, eləcə də təhsil və tibb müəssisələrini əhatə edir.
“Teleqraf” xəbər verir ki, işçilər istismara və aşağı maaşlara, etiraz hüquqlarını məhdudlaşdırmaq cəhdlərinə qarşı tətil keçirirlər.
Tətildə əsas tələb sülh, məktəblərə və xəstəxanalara sərmayə qoyuluşu, minimum əmək haqqının saatda 12 avro müəyyən edilməsi ilə yanaşı, Fələstinə dəstək və müharibələr üçün vəsait ayrılmasına son qoyulması daxildir.
Qeyd edək ki, İtaliyada təxminən eyni şüarlar altında mayın 18-də də tətil keçirilib.