Gürcüstanda QHT rəhbəri CASUSLUQ İTTİHAMI İLƏ HƏBS EDİLDİ

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Əks Kəşfiyyat Xidməti xarici ölkələrə casusluq edən şəxslərə qarşı xüsusi əməliyyat keçirib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, nəticədə iki xarici ölkənin xüsusi xidmət orqanlarına məlumat ötürən "Avrasiya İnstitutu" QHT-nin rəhbəri Gülbaat Rtsxiladze casusluq ittihamı ilə həbs edilib.

 

İstintaq nəticəsində onun maddi mənfəət əldə etmək və xarici ölkənin maraqlarını təmin etmək üçün sistemli şəkildə kəşfiyyat məlumatlarını xarici ölkələrin xüsusi xidmət orqanlarına ötürdüyü məlum olub.

 

Saxlanılan şəxsin xarici kəşfiyyat xidmətlərinin nümayəndələri ilə yüksək səviyyədə mütəşəkkil sui-qəsd xarakterli sistematik əlaqələri olub. Məlumat həm üzbəüz görüşlər, həm də elektron vasitələrlə təqdim edilib. Bundan əlavə, vaxtaşırı ölkə xaricində görüşlər keçirilib.

 

Casusluqda ittiham olunan Gülbaat Rtsxiladze xarici xüsusi xidmət orqanlarının təlimatı və maliyyəsi ilə müvafiq fəaliyyətlər aparmaq üçün informasiya platformaları yaradıb və eyni zamanda ölkə daxilində müxtəlif tədbirlər təşkil edib.

 

İş Gürcüstan Cinayət Məcəlləsinin 314-cü maddəsinin 1-ci hissəsi ilə araşdırılır və bu maddə 8 ildən 12 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.