Xameneinin müşaviri: “Tramp diplomatiyaya üçüncü dəfə xəyanət edir”

“ABŞ Prezidenti Donald Tramp diplomatiyaya üçüncü dəfə xəyanət edir”.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İranın Ali lideri Ayətullah Müctəba Xameneinin müşaviri və İnqilab Keşikçiləri Korpusunun keçmiş komandanı, general-mayor Möhsün Rzayi deyib.

 

O, açıqlamasında Vaşinqtonun Tehranla danışıqlarda sərgilədiyi mövqeni tənqid edərək, ABŞ-ın dəniz blokadasını davam etdirməkdə israr etməklə, eləcə də danışıqlar masasında irəli sürdüyü sərt tələblərlə konstruktiv dialoqda maraqlı olmadığını söyləyib.

 

“ABŞ Prezidenti üçüncü dəfə diplomatiyaya xəyanət edir. Dəniz blokadasını saxlamaq və danışıqlarda həddindən artıq tələblər irəli sürməklə o, bir daha sübut edir ki, məqsədi razılıq əldə etmək deyil, başqa gündəmləri həyata keçirməkdir”, - Rzayi vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.