Madyar Orbanın Ukrayna və Moldovaya qoyduğu vetonu ləğv etdi - VİDEO

Macarıstanın Baş naziri Peter Madyar sələfi Viktor Orbanın Ukrayna və Moldovanın Avropa İttifaqına (Aİ) üzvlüyü prosesinə qoyduğu 17 aylıq vetonu ləğv edib.

 

Senzor.az xarici KİV-ə istinadən bildirir ki, hər iki ölkə ilə rəsmi üzvlük danışıqları ayrı-ayrılıqda iyunun 15-də Lüksemburqda Aİ-nin sammitində başlayacaq.

 

Məsələnin iyunun 18-də Brüsseldə keçiriləcək Avropa Şurasının zirvə toplantısında təsdiqlənməsindən sonra altı klasterdən birincisi açılacaq və adı çəkilən ölkələrin qanunvericiliyinin Aİ standartlarına uyğunlaşdırılması prosesi start götürəcək. Avropa Komissiyası bu prosesin 2025-ci ilin yanvar ayında başlamasını tövsiyə etsə də, indiyə qədər Viktor Orban tərəfindən bloklanmışdı.

 

Peter Madyar bildirib ki, Budapeşt Ukraynadakı etnik macarların dil, təhsil, mədəni və siyasi hüquqlarını genişləndirəcək Kiyevlə hərtərəfli razılaşma müqabilində üzvlük prosesini dəstəkləyəcək. Tərəflər bu razılaşmaya iyunun 3-də gəliblər.

 

Ukrayna və Moldova 2022-ci ilin iyununda Aİ üzvlüyünə namizəd statusu alıblar.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.