Tramp Nümayəndələr Palatasının İranla bağlı qərarına əsəbiləşdi:
BU AXMAQLAR NƏ EDİRLƏR?

ABŞ Prezidenti Donald Tramp Nümayəndələr Palatasının Vaşinqtona İrana qarşı hərbi əməliyyatları dayandırmağı əmr edən qətnaməni təsdiqləməsini tənqid edib.

 

Bu barədə o, “Truth Social”da yazıb.

 

“Dünən Nümayəndələr Palatası mənasız səsvermədə mənim hərbi səlahiyyətlərimi məhdudlaşdırmağa səs verdi. Buna dörd pis respublikaçı və bütün axmaqlar – demokratlar dəstək göstərdi. Bu isə məhz mənim İran İslam Respublikası ilə müharibəni dayandırmaq məqsədilə apardığım yekun danışıqların ortasında baş verdi. Belə vətənpərvərlikdən uzaq bir addımı kim atar? Onlar danışıqların hansı mərhələdə olduğunu bilirlər. Demokratlar “Trampa qarşı nifrət sindromu” ilə hərəkət edirlər. Onlar mənə növbəti qələbələrimdən birini qazandırmaqdansa, ölkəmizin uğursuzluğa düçar olmasını üstün tuturlar.

 

Dörd respublikaçıya gəlincə, bu, tamam başqa hekayədir, onlar sadəcə özlərini göstərməyə çalışan adamlardır, öz əməllərindən utanmalıdırlar”, - Donald Tramp vurğulayıb.

 

Qeyd edək ki, sənədin lehinə Nümayəndələr Palatasının 215, əleyhinə isə 207 üzvü səs verib. Demokratlar Partiyasının nümayəndələri tərəfindən təklif edilən qətnamə dördüncü cəhddə təsdiqlənib. İndi ABŞ Senatında səsvermə gözlənilir, amma burada da təsdiqlənsə belə, Donald Tramp ona veto qoya bilər. Buna görə də sənəd əsasən simvolik əhəmiyyətə malikdir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.