Rusiya Prezidenti: Ermənistandan yalnız bir xahişimiz var...
VİDEO

Rusiyanın Ermənistandan yalnız bir xahişi var: Aİ ilə bağlı referendum mümkün qədər tez bir zamanda keçirilsin.

 

Senzor.az bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüşü zamanı deyib.

 

Putin əlavə edib ki, Ermənistanda Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanunun qəbulu Rusiyada narahatlıq yaradıb.

 

"Bu qərar özlüyündə Ermənistanın hüququdur. Lakin Ermənistan Avrasiya İqtisadi İttifaqının bir hissəsidir və bunlar fərqli standartlardır. Rusiya Aİ və Avrasiya İqtisadi İttifaqının tarixi perspektivdə eyni standartlara sahib olmasını istəyərdi. O zaman bu, geniş iqtisadi məkan olardı. Lakin buna indi nail olmaq mümkün deyil", - Putin bildirib.

 

Rusiya Prezidenti Ermənistanı tezliklə referendum keçirməyə çağırıb: “Biz yalnız bunu istəyirik, xüsusən də Paşinyan özü bu yaxınlarda Ermənistanın Aİ-yə daxil olması ilə bağlı referendum keçirilməsini zəruri hesab etdiyini bildirib. Bizim yalnız bir xahişimiz var: bunu mümkün qədər tez edin”.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.