
Ermənistanda sabiq nəqliyyat və rabitə naziri, İrəvanın keçmiş meri Qaqik Beqlaryan saxlanılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, onun saxlanılmasının səbəbi hələ müəyyən edilməyib.
Lakin qeyd olunur ki, daha əvvəl ona qarşı 27 daşınmaz əmlakın mənimsənilməsi və dövlətə 5,7 milyon dollar ziyan vurulması ittihamı ilə cinayət işi başlanmışdı.
Q.Beqlaryana qarşı həmçinin çirkli pulların yuyulması və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı çoxsaylı epizodlar üzrə ittihamlar irəli sürülmüşdü.
Ümumiyyətlə, bu günün Ermənistanda keçmiş məmurların və media nümayəndələrinin kütləvi həbsləri ilə başladığı bildirilir.
Daha ətraflı videomaterialda: