Almaniyada Mertsə etimad çökür: NARAZILIQ REKORD HƏDDƏ ÇATDI
VİDEO

Almaniya Kansleri Fridrix Mertsin fəaliyyətindən narazı olanların sayı rekord həddə çatıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, INSA sosioloji institutunun "Bild" qəzetinin sifarişi ilə keçirdiyi sorğunun nəticələrindən belə qənaətə gəlmək olar.

 

Sorğunun nəticələrinə görə, respondentlərin cəmi 15 faizi Fridrix Mertsin fəaliyyətini müsbət qiymətləndirib. Bu göstərici Kansler üçün indiyədək qeydə alınmış ən aşağı səviyyədir. Aprelin sonu ilə müqayisədə dəstək səviyyəsi daha 4 faiz bəndi azalıb.

 

Eyni zamanda, sorğuda iştirak edənlərin 77 faizi Mertsin fəaliyyətindən narazı olduğunu bildirib. Bu göstərici əvvəlki sorğu ilə müqayisədə 6 faiz bəndi artıb. Respondentlərin 8 faizi isə suala cavab verməkdə çətinlik çəkib.

 

Mertsin rəhbərlik etdiyi hökumətin fəaliyyəti də vətəndaşlar tərəfindən aşağı qiymətləndirilib. Belə ki, respondentlərin yalnız 16 faizi hökumətin işindən razı olduğunu bildirib. Sorğu iştirakçılarının 78 faizi isə hökumətin fəaliyyətini mənfi qiymətləndirib.

 

Araşdırmada 1 005 nəfər iştirak edib. Sorğu iyunun 4-5-də keçirilib.

 

Tədqiqatın nəticələri göstərib ki, Kanslerə və onun Kabinetinə qarşı narazılıq hakim koalisiyanın tərəfdarları arasında da artır. Söhbət Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı (CDU/CSU) və Almaniya Sosial Demokrat Partiyasının (SPD) seçicilərindən gedir.

 

"Öz seçicilərini belə inandıra bilməyən hökumət uğursuzluğa məhkumdur. Narazılığın miqyası yeni federal hökumətin fəaliyyətinin ikinci ilində adətən müşahidə olunan səviyyəni xeyli üstələyir", - deyə INSA-nın rəhbəri Herman Binkert bildirib.

 



 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.