
İsrailin bir sıra şəhərlərində hökumət əleyhinə növbəti etiraz aksiyaları təşkil olunub.
Senzoror.az yerli mediaya istinadən bildirir ki, etiraz aksiyaları Beer-Şeva, Qüds, Təl-Əviv və Hayfa şəhərlərində keçirilib.
Təl-Əvivdə əsas mitinq şəhərin mərkəzində yerləşən "Habima" teatrının qarşısındakı meydanda baş tutub. Aksiyadan əvvəl yüzlərlə insanın iştirakı ilə küçə yürüşü təşkil olunub.
Etirazçılar Baş nazir Benyamin Netanyahunu və onun hökumətini sərt tənqid edərək növbədənkənar parlament seçkilərinin keçirilməsini, həmçinin 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumunun bütün təfərrüatlarının araşdırılmasını tələb ediblər.
Aksiyalarda Qəzza və Livanda davam edən hərbi münaqişələrə qarşı ictimai qəzəbin artdığı, eləcə də İranla müharibənin strateji səhv kimi birbaşa qınanması da diqqə çəkib.