
Ermənistanın Baş naziri Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası bülletenlərin 100 %-i sayıldıqdan sonra 49,81 % səs toplayıb.
Senzor.az bildirir ki, bu barədə yerli KİV Ermənistan Mərkəzi Seçki Komissiyasına (MSK) istinadən məlumat yayıb.
"Vətəndaş müqaviləsi" partiyasına 727,160 seçici səs verib.
İş adamı Samvel Karapetyanın "Güclü Ermənistan" bloku 23,29 %, sabiq prezident Robert Köçəryanın "Ermənistan" bloku 9,94 %, iş adamı Qaqik Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyası isə 4 % səs toplayıb.
Qalan partiya və bloklar keçid bariyerini aşa bilməyiblər.